Pakistan Milli Kitabxanasında Heydər Əliyev guşəsinin açılışı olmuşdur

Fevralın 14-də Pakistan Milli Kitabxanasında Heydər Əliyev guşəsinin açılış mərasimi və Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Pakistanın aparıcı universitetlərinin professor-müəllim heyəti, habelə ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Guşədə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyat, sənədlərin nüsxələri, fotolar və digər materiallar yerləşdirilmişdir.
Açılış mərasimində çıxış edən Milli Kitabxananın baş direktoru Məhəmməd Nazir Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışaraq onun müstəqil Azərbaycanın yaranmasında oynadığı müstəsna rolu qeyd etmişdir. O, guşədə yerləşən materialların geniş kütlələr üçün açıq olduğunu bildirərək onlarla tanışlığın Azərbaycanın Pakistanda daha yaxından tanınması yolunda böyük rol oynayacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında