Romada "Azərbaycan: "İpək yolu" üzərində Odlar Yurdu" adlı sərgi açılmışdır

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən bildirilmişlər ki, fevralın 13-də Roma Sivilizasiyası Muzeyində "İpək yolu" beynəlxalq sərgi festivalı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Azərbaycan: "İpək yolu" üzərində Odlar Yurdu" adlı sərgi açılmışdır. Festival İtaliyanın Mədəniyyət və Xarici İşlər nazirlikləri və Roma Şəhər Meriyası tərəfindən təşkil olunmuşdur.
Ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən dəstək verilmiş açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın təşkilatçısı olan Roma Şəhər Meriyası nəzdindəki "Zetema" qrupunun prezidenti Françesko Markolini, Roma şəhər merinin diplomatik müşaviri Filippo La Rosa, Roma şəhərinin tarixi, arxeoloji və mədəni abidələr üzrə idarəsi rəisinin müavini xanım Renata Piççinini, Roma Sivilizasiyası Muzeyinin direktoru xanım Lukretsiya Unqaro çıxış etmişlər.
Nazir Ə.Qarayev çıxışında Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, bu əlaqələrin tarixi köklərindən danışmışdır. Nazir iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi üçün mədəniyyətlərin qarşılıqlı tanıdılmasının zəruriliyini qeyd etmiş, bu il Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən keçiriləcək tədbirlərin nəzərdə tutulduğunu bildirmişdir. Açılış mərasimindən sonra nazir Ə.Qarayev İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.
İtaliya nümayəndələri Azərbaycan tarixi və mədəniyyətinin ölkə ictimaiyyətinə təqdim edilməsi məqsədilə son zamanlar Azərbaycan tərəfinin həyata keçirdiyi mədəni tədbirləri xüsusi qeyd edərək, bu qəbildən olan təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyinə inam ifadə etmişlər.
Mərasimdə İtaliyanın elm və incəsənət xadimləri, yerli mətbuat və diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Sərgidə nümayiş etdirilən və Azərbaycanın qədim tarixini əks etdirən tətbiqi sənət nümunələri, xalçalar, bəzək əşyaları və s. iştirakçıların böyük marağına səbəb olmuşdur.
Əvvəlcədən sərginin aprel ayının sonunda başa çatacağı nəzərdə tutulsa da, festivalın təşkilatçılarının müraciətlərinə əsasən sərginin may ayının sonunadək davam edəcəyi razılaşdırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında