ABŞ-da yaşayan azərbaycanlılar Xocalı faciəsinin ildönümü ilə əlaqədar Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər

ABŞ-dakı Azərbaycan icması Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə fevralın 24-də Ermənistanın Vaşinqtondakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.
APA-nın Vaşinqton müxbiri xəbər verir ki, aksiyada Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı pislənəcək, aksiya iştirakçıları erməni terrorunun bütün qurbanlarına ədalət tələb edəcəklər.
Polis aksiyanın keçirilməsinə razılıq vermişdir. Təşkilatçılar bildiriblər ki, lazımi qanuni prosedurlara əməl olunmasından və hava şəraitindən asılı olaraq iştirakçılar Ağ Evə qədər yürüş keçirə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında