Mərkəzi Seçki Komissiyası nüfuzlu beynəlxalq qurumlar, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edir

Fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən M.Pənahov qeyd etmişdir ki, komissiya nüfuzlu beynəlxalq qurumlar, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edir. Bu günədək MSK-nın Azərbaycanda keçirilmiş seçkilər ilə bağlı ATƏT-in Bakı ofisi ilə birgə bir çox layihələrə imza atdığını diqqətə çatdıran sədr bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını demişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını bildirmişdir. Diplomat vurğulamışdır ki, ATƏT-in Bakı ofisi MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında