Serbiyanın milli bayramı şərəfinə

Fevralın 14-də Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətçilik Günü münasibətilə ilk rəsmi qəbul təşkil etmişdir. 
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiklərini vurğulamışdır.
Hazırda Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Z.Vayoviç qeyd etmişdir ki, buna iki ölkənin dövlət başçılarının - prezidentlər İlham Əliyevin və Boris Tadiçin qarşılıqlı səfərləri şərait yaratmışdır. Diplomat həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyinə əminliyini bildirmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmışdır.
Nazir vurğulamışdır ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında