Azərbaycanın beynəlxalq antikorrupsiya sahəsində əməkdaşlığı genişlənir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fevralın 14-də Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, müşavirləri Avstriyanın sabiq ədliyyə naziri Klaudiya Bandion-Ortner və ABŞ-ın sabiq prokuroru Süzann Hayden ilə görüşmüşdür. 
Ədliyyə naziri Azərbaycanda Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparıldığını, o cümlədən cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat vermişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, F.Məmmədov, korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf və tam obyektiv seçimindən danışmış, Azərbaycanın bu sahədə təcrübəsinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini və bu müsbət təcrübənin digər dövlətlərə tövsiyə edildiyini bildirmişdir.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir qarşılıqlı münasibətlərin faydasını qeyd etmiş, dünyada getdikcə nüfuzu artan akademiyanın antikorrupsiya mədəniyyətinin gücləndirilməsi və qabaqcıl təcrübənin yayılmasında müstəsna rolunu vurğulamışdır.
Respublikamıza ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini təqdir etmiş, beynəlxalq antikorrupsiya fəaliyyətində ölkəmizin fəal əməkdaşlığını qeyd edərək, nüfuzlu təşkilatlar daxilində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu söyləmişdir. M.Kreutner ötən il müxtəlif beynəlxalq konfranslar çərçivəsində keçirilmiş ikitərəfli görüşləri və əməkdaşlığa dair ilkin razılaşmaları qeyd etmiş, Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə qoşulmasının əhəmiyyətini vurğulamışdır. Qonaq, həmçinin hakimlərin seçimi ilə bağlı ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumla birgə tədbirlərin təşkilinin əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmış, akademiya ilə birgə treninqlərin təşkilinə dair razılıq əldə edilmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında