Bakıda Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis qurultayı keçiriləcəkdir

Martın 12-də Bakıda Dünya Azərbaycanlı Gəncləri Birliyinin (DAGB) təsis qurultayı keçiriləcəkdir. 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu elm ocaqlarında təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət nümayəndənin və qonaqların iştirakı nəzərdə tutulmuşdur.
Təsis qurultayında Dünya Azərbaycanlı Gəncləri Birliyinin Nizamnaməsi qəbul olunacaq, DAGB-in rəhbər orqanları seçiləcək, xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi, Azərbaycan lobbi quruculuğu və digər məsələlər müzakirə olunacaqdır.
Xatırladaq ki, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən, DAGB-in təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır. Ötən il iyulun 5-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində DAGB-in təsis edilməsi təşəbbüsü təqdir olunmuş və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında