Koreya səfiri: Bakı buxtası üzərində körpünün tikilib-tikilməyəcəyi barədə danışmaq hələlik tezdir

Bakıda əsas nəqliyyat problemlərindən biri avtomobil dayanacaqlarının olmamasıdır
"Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin qurulması dekabrda başa çatıb, hazırda bəzi əlavə tədbirlər görülür. Deyirlər ki, bu mərkəz nəqliyyatın hərəkətini 15-20 faiz yaxşılaşdırıb". Bu fikirləri Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Li Dji Xa APA -ya müsahibəsində demişdir.
Səfirin sözlərinə görə, bu sistem yollarda tıxacların yaranması ilə mübarizə aparmaq məqsədilə qurulub: "Lakin tıxacların aradan qaldırılması üçün bəzi əlavə tədbirlər görülməlidir. Bakıda nəqliyyatın əsas problemlərindən biri avtomobil vasitələrinin saxlanması üçün dayanacaqların olmamasıdır. Bu məsələni həll etmək lazımdır. Hazırda avtomobillər üçün dayanacaqların tikintisi davam edir, bu işin maksimum qısa müddətdə başa çatdırılması nəzərdə tutulur".
Səfir bildirib ki, Koreyanın "Ultra Construction" şirkəti Gəncə-Yevlax yolunun genişləndirilməsi layihəsini həyata keçirir: "Tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. "Daewoo İnternational" şirkəti Azərbaycana sərnişin avtobuslarının gətirilməsi ilə məşğuldur. Ümumilikdə ölkəyə 1200 avtobus gətirilib, daha 500 avtobusun gətirilməsi planlaşdırılır. Koreya şirkətləri bu layihələrdən başqa Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi layihəsinin ikinci mərhələsində, yeraltı avtomobil dayanacaqlarının tikintisində, Quba-Şamaxı sürət şosesinin tikintisində, dəmir yolunun modernizasiyası layihəsində iştirak etmək istəyirlər".
Səfir Bakı buxtası üzərindən körpünün tikintisi layihəsinə də aydınlıq gətirib: "Koreyanın "Korea's Dongsung Engineering" şirkəti Azərbaycan Nəqliyyat Nazirliyinin xahişi əsasında KOİCA-nın ayırdığı 1,6 milyon dollar hesabına Bakı buxtası üzərində körpü tikilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirib. Texniki-iqtisadi əsaslandırmanın yekun variantının təqdimatı ötən ilin iyulunda keçirilib, daha sonra bütün materiallar Azərbaycan hökumətinə təqdim olunub. Hökumət bu əsaslandırmadan çıxaracağı nəticələr əsasında körpünün tikintisi ilə bağlı qərar qəbul edəcək. Əgər hökumət müsbət qərar versə, o zaman layihənin konkret planları - ölçülər, maliyyələşmə sxemi, podratçılar, iş planı hazırlanacaq. Buna görə də körpünün tikilib-tikilməyəcəyi, o cümlədən Koreya şirkətlərinin bu layihədə iştirakı barədə danışmaq hələlik tezdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında