QHT-lər humanist təşəbbüsünə görə Azərbaycan Prezidentinə təşəkkür etmişdir

Bakıda və Abşeronda havaların kəskin soyuması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paytaxtın müxtəlif yerlərində sığınacaqlar təşkil etməsi bir qrup QHT-nin təmsilçiləri tərəfindən rəğbətlə qarşılanmışdır.  
Respublikamızın bir neçə QHT-sinin rəhbərləri bu münasibətlə dövlətimizin başçısına müraciət ünvanlamışlar. Müraciətdə deyilir: "Ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Sizin növbəti humanist təşəbbüsünüzü alqışlayırıq. Dünyanın aparıcı ölkələrində bu cür sosial xidmətlərin təşkili vətəndaş cəmiyyəti qurumları, o cümlədən xeyriyyə təşkilatları, dini təsisatlar və ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Dövlət tərəfindən atılan bu humanitar addım ölkənin vətəndaş cəmiyyəti üçün ciddi çağırışdır. Hesab edirik ki, bu humanist təşəbbüs ölkənin vətəndaş cəmiyyətinin səfərbər olmasına, ayrı-ayrı QHT-lərin sosial xidmətin bu sahəsi üzrə təşəbbüslər ilə çıxış etməsinə gətirəcəkdir".
Məlum olduğu kimi, həmin sığınacaqlardan evi olmayan, yolda qalmış insanlar, digər sosial çətinliklər yaşayanlar müvəqqəti istifadə edirlər.
Müraciətdə, həmçinin qeyd edilmişdir: "Hazırda Milli Məclisdə "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunmaqdadır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə "Sosial sifariş haqqında" Qanun layihəsi hazırlanmışdır. Ümid edirik ki, bu qanunların qəbul olunması da bu və ya digər səbəblərdən daimi yaşayış yerinə malik olmayan insanlara müxtəlif yardımların edilməsində vətəndaş cəmiyyəti qurumlarına əlavə imkanlar yaradacaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında