"ABŞ Təhsilli Azərbaycan Məzunlarının" İctimai Birliyinin illik görüşü keçirilmişdir

Fevralın 11-də "ABŞ Təhsilli Azərbaycan Məzunlarının" İctimai Birliyinin illik görüşü keçirilmişdir.
Trend-in məlumatına görə, tədbirdə ABŞ tərəfindən müxtəlif təhsil proqramları çərçivəsində Amerikada təhsil almış 200-dən çox məzun iştirak etmişdir. Birliyin fəaliyyəti və gələcək planları haqqında iştirakçılara məlumat verilmişdir.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirmişdir ki, Amerika təhsil proqramlarında iştirak edən azərbaycanlı məzunlar iki ölkə arasındakı dostluğun güclənməsinə dəstək verirlər. O, həmçinin təhsil mübadilə proqramlarının ikitərəfli əlaqələrin inkişafı üçün vacibliyini vurğulamışdır.
Birliyin nümayəndələri təhsil sahəsində ABŞ mübadilə proqramlarını dəstəkləyən dövlət rəsmiləri və QHT-lərə minnətdarlıq bildirmişlər. Sonra dövlət qulluğu, biznes təhsili və digər sahələrdə böyük uğurlar qazanmış məzunlara mükafatlar verilmişdir.
Tədbir bədii hissə ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında