Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana öz köməyini təklif etmişdir

Azərbaycan hökuməti İrəvan şəhərinin tarixi simasının canlandırılması üçün bu şəhərin xəritələrini və cizgilərini Ermənistana verməyə hazırdır.
APA-nın məlumatına görə, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov açıqlama vermişdir.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti paytaxt İrəvanın qədim mərkəzini bərpa etmək niyyətində olduğunu açıqlamışdır. Fuad Axundov məsələyə münasibətini bildirərkən demişdir: "Əgər həqiqətən İrəvan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi şəkilləri və cizgiləri erməni tərəfinə verə bilərik".
F.Axundovun sözlərinə görə, Azərbaycanda İrəvan şəhərinin məşhur avropalı və rusiyalı rəssamlar tərəfindən çəkilmiş şəkilləri, həmçinin köhnə İrəvan şəhərinin çoxlu cizgiləri var. Təəssüf ki, qədim İrəvanı guya bərpa etmək istəyən ermənilər Qafqazda ən gözəl binalardan biri hesab olunan Xan sarayını 1964-cü ildə məhv etmişlər: "Vandalizmin nəticəsi olaraq XVI əsrə məxsus İrəvan qalası bütün tikililəri ilə birlikdə məhv edilmişdir. Ona görə ki, bu abidə Azərbaycan memarlığının şah əsəri idi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında