Azərbaycan ilə Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-da Brüsseldə Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüş keçirmişdir.
Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud geniş imkanlar, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunmuşdur.
Tərəflər iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə etmiş, bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulamışlar.
E.Məmmədyarov görüşün sonunda belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmişdir. D.Reynders dəvət üçün təşəkkür etmiş və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında