Kür çayında suyun səviyyəsi qalxmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlamışdır.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 130 kubmetr saniyə olmaqla, ongünlük normanın 78 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 66 kubmetr/saniyə olmaqla, ongünlük normanın 96 faizini təşkil edir.
Fevralın 3-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 66, Şirvanda 48, Salyanda 32, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetr artmışdır. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 618, Şirvanda 502, Bankədə 332, Araz çayının Novruzlu məntəqəsində isə 320 santimetr təşkil edir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında