Ukraynada fevral "Xocalı ayı" elan olunmuşdur

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı "Xocalı ayı" elan olunmuşdur.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən "Trend"ə verilən məlumata görə, təşkilatın bununla bağlı keçirdiyi toplantıda Ukraynanın bir sıra yerlı gənclər təşkilatları da "Xocalıya ədalət" kompaniyasına qatıldıqlarını elan edilmişdir.
Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya ədalət" kompaniyası çərçivəsində həyata keçirilən tədbirlər 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayır.
A.Tahirov bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırmışdır.
Ötən il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının "Xocalı ayı" elan olunmasının əhəmiyyətindən danışan birliyin fəalları Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev və digərləri ənənəyə uyğun olaraq bu il də "Xocalı ayı" çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulamışlar.
"Xocalı adi bir faciə deyil. Bu, insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqırım siyasətidir". Toplantıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva və Kiyev Gənclər Mərkəzinin sədri Roman Qriqorişin Xocalı soyqırımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün rəhbərlik etdikləri təşkilatların "Xocalıya ədalət" kompaniyasına qoşulduğunu elan etmişlər.
Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında yürüşlərin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən fotoinformasiya bukletlərinin paylanması, adıçəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və adıçəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunmuşdur.
1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideyni, 130 uşaq isə valideynlərinin birini itirib. 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında