"Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri" mövzusunda təqdimat keçirilmişdir

Fevralın 10-da Bakıda "Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri" mövzusunda təqdimat mərasimi keçirilmişdir. 
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, təqdimatda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, BMT İnkişaf Proqramının, Dünya Bankının, ABŞ-ın ölkəmizdəki səfirliyinin, müvafiq nazirlik və təşkilatların rəsmiləri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması tapşırılmışdır.
"Bu gün keçirilən təqdimat sərəncamın icrası istiqamətində DSMF tərəfindən atılan mühüm addımlardandır"- deyən S.Müslümov bildirmişdir ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, əhalinin aztəminatlı təbəqəsi olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də ciddi uğurlar qazanılmışdır.
S.Müslümov vurğulamışdır ki, DSMF Azərbaycanın sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin və strateji hədəflərin müəyyənləşdirilməsi üçün beynəlxalq ekspertlərin iştirakı ilə müasir elmi yanaşmaları tətbiq edərək aktual tədqiqatların aparılmasını təşkil edir.
Fondun sədri bildirmişdir ki, konsepsiyanın hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövrə xüsusi diqqət ayrılmışdır. DSMF və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin birgə təşkilatçılığı əsasında "Overture Financial" şirkəti (ABŞ) tərəfindən demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərin kompleks təhlili aparılmış, ölkəmizin sığorta-pensiya sisteminin 2020-ci ilə qədər və ondan sonrakı dövrlərdə gələcək inkişafı üzrə təkliflər hazırlanmışdır.
Daha sonra ABŞ-ın "Overture Financial" şirkəti layihənin geniş təqdimatını keçirmişdir.
Təqdimatda müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indikativ göstəricilər ətraflı şərh olunmuş, beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi nəticələri açıqlanmışdır.
2020-ci ilədək olan dövrdə sığorta-pensiya sisteminin inkişafı üzrə əsas istiqamətlər, mövcud risklər və onların qarşılanması üçün alternativlər xüsusi müzakirə olunmuşdur.
Sistemin uzunmüddətli perspektivdə maliyyə dayanıqlığının gözlənilməsi, habelə yığım komponentinin tətbiqi üzrə konkret təkliflər təqdim edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında