Xəzərdə buzlaşma müşahidə edilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, fevralın 8-i gün ərzində, 9-u səhərədək ölkə ərazisində hava şəraiti daha da kəskinləşmiş, güclü şimal-qərb küləyi əsmiş, qar yağmış, bəzi yerlərdə intensiv olmuşdur.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 55 sm, Oğuzda 48 sm, Qəbələdə 47 sm, Kişçayda (Şəki) 44 sm, Şamaxı, Qusarda 32 sm, Quba, Zaqatalada 30 sm, Mərəzədə 27 sm, Göygöldə 26 sm, Nabranda 24 sm, Daşkəsəndə 23 sm, Xaçmazda 22 sm, Ağstafada 16 sm, Şəmkir, Ceyrançöldə 15 sm, Gədəbəydə 14 sm, Mingəçevir, Yardımlıda 12 sm, Tovuzda 11 sm, Göyçayda 9 sm, Zərdabda 7 sm, Lənkəran, Naftalanda 5 sm, Maştağada 12 sm, Biləcəridə 11 sm, Bakıda 8 sm, Sumqayıtda 1 sm-ə çatmışdır.
Fevralın 8-də şimal küləyi saniyədə Neftçalada 26, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 20-25, arabir 28-30 metrədək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5,5 metrə çatmışdır.
Fevralın 8-də havanın temperaturu Bakıda iqlim normasından 12,2 dərəcə aşağı olmuş, minimal temperatur Bakıda və Abşeron yarımadasında 8,4 dərəcəyədək şaxta, Aran rayonlarında 5-9 dərəcə şaxta, dağlıq rayonlarda 14-20 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə Tufandağda (d.s.h 4172 m.) 19 dərəcə şaxta olmuşdur.
Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıt, Nasosnu zonasında sahildən 150-200 m., Nabran-Xaçmaz ərazisində 100-150 metr məsafədə buzlaşma müşahidə edilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında