Vatikanın məxfi arxivindən Azərbaycana gətirilən sənədlər tərcümə olunur

Vatikan arxivlərindəki Azərbaycana aid sənədlər Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir 
Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat vermişdir.
Onun sözlərinə görə, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb: "Bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aiddir. Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac var".
Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpası prosesi də davam edir. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın mütəxəssisləri aparırlar. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib. F. Ələkbərli bildirib ki, Vatikan arxivlərində Azərbaycanla bağlı araşdırmalar davam edəcək, lakin hələlik araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi ilə bağlı təfərrüatlar məlum deyil.
Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bunlar Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında