"Azərsu" ASC beynəlxalq tədbirə hazırlaşır

Fevralın 2-3-də Parisdə 6-cı Ümumdünya Su Forumuna son hazırlıq iclası keçirilmişdir. Dünyanın 110 ölkədən olan nümayəndələrin qatıldığı həmin iclasda gələn ayın 12-17-də Fransanın Marsel şəhərində keçiriləcək su forumuna hazırlıqla bağlı müzakirələr aparılmışdır.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, iclas iştirakçıları forumda qəbul ediləcək "Əməkdaşlıq proseslərinin razılaşma sənədi" üzrə müzakirələri başa çatdırmışlar. Razılaşma sənədində hər bir fərdin su təchizatı və sanitariya hüququnun təmin edilməsi, su və sağlamlıq, su və yaşıl planet, su və ərzaq təhlükəsizliyi, su və energetika, su ilə bağlı təbii fəlakətlər, su və şəhərsalma, su təchizatının düzgün idarə olunması, maliyyələşdirilməsi və inkişaf üçün əlverişli mühitin təmin edilməsi üzrə çoxşaxəli problemlər araşdırılmış, onların həlli yollarının əsas istiqamətləri müəyyən edilmişdir. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən transsərhəd su obyektlərinin qorunması və razılaşdırılmış istifadəsinin zəruriliyi sənəddə xüsusilə qeyd edilmişdir.
Xatırladaq ki, tədbirdə Azərbaycanı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallığı ilə seçilmiş və onların təkliflərinin bir qismi yekun sənəddə nəzərə alınmışdır. 6-cı Ümumdünya Su Forumunda Azərbaycan nümayəndə heyətinin "Transsərhəd sular", eləcə də "Su və sağlamlıq", "Yüksək səviyyəli dəyirmi masalarda" iştirakı nəzərdə tutulur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında