Avropa İttifaqı ilə viza rejimi ilk növbədə Azərbaycan vətəndaşlarının çox olduqları ölkələrlə sadələşdiriləcək

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi ilk növbədə xeyli sayda Azərbaycan vətəndaşının müvəqqəti yaşadığı və ya oxuduğu ölkələrlə aparılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Roland Kobia açıqlama vermişdir:
- "Hələlik söhbət Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsindən gedir, lakin biz istərdik ki, bu, Azərbaycana gəlmək istəyən Aİ vətəndaşlarına da şamil edilsin. Beləliklə, "Eurovision 2012" müsabiqəsini Bakıda izləmək istəyən Aİ vətəndaşlarının Azərbaycana gəlməsi qaydalarını sadələşdirmək olardı".
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi üzrə danışıqlar martın 1-2-də keçiriləcək. Bu barədə jurnalistlərə bu gün xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat vermişdir.
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə ilk iclasın fevralın birinci həftəsində keçirilməsi planlaşdırılmışdı. Lakin iclas Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında