Azərbaycanın Qərb bölgəsinə güclü qar yağmışdır Gəncədə və ətraf rayonlarda qarın qalınlığı 20 santimetrə çatmışdır

Azərbaycanın Qərb bölgəsində güclü yağıntılar müşahidə olunur. APA-nın Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq Gəncə şəhərinə güclü qar yağır. Şəhər mərkəzində qarın qalınlığı 15-20 santimetr təşkil edir. Şəhərin əsas prospekt və küçələri qartəmizləyən maşınlar vasitəsilə təmizlənib, əsas yolların buz bağlamış yerlərinə qum qarışıq duz səpilib. Buna baxmayaraq şəhərkənarı yollarda avtomobillərin hərəkəti üçün məhdudiyyətlər mövcuddur. 
Şəhərə mavi yanacağın və elektrik enerjisinin verilişində problem müşahidə olunmur.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl və Samux rayonlarına da güclü qar yağıb. Bölgələrdə qarın qalınlığı 10-20 santimetr təşkil edir. Rayonların əsas avtomobil yollarına qum qarışıq duz səpildiyindən nəqliyyatın hərəkəti üçün məhdudiyyət yaranmayıb. Qeyd olunan rayonların elektrik enerjisi və mavi yanacaqla təminatında problem yoxdur.
Gədəbəy Rayon İcra Hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, rayon ərazisində şaxtalı hava müşahidə edilir. Rayon ərazisində və kənd arası yollarda buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb. Hazırda yollar qardan təmizlənir, buzlayan yerlərə duz qarışıq qum səpilir.
Daşkəsən Rayon Fövqəladə Hallar Komisiyyasından APA-nın Qərb bürosuna verilən məlumata görə, ötən gecədən başlayaraq rayon ərazisinə yağan qar hələ də davam edir. Hazırda rayon mərkəzində qarın qalınlığı 10 santimetr təşkil edir. Rayon ərazisində elektrik enerjisi və mavi yanacaqla təminatda problem yoxdur. Avtomobil yolları mütəmadi olaraq qardan təmizlənir, buna baxmayaraq şaxtalı hava şəraiti davam etdiyinə görə əsas yollarda avtomobillərin hərəkəti çətinləşib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında