Londonda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən nəşr olunmuş "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri" adlı kitabın təqdimatı keçirilmişdir

Professor Kərim Şükürov: "Bütün sənədlər sistemli şəkildə nəşr üçün hazırlanmışdır, indiyə qədər biz 10 min səhifəlik materialları araşdırmışıq. 2000 səhifəlik material bu üç cilddə nəşr olunmuşdur".
Fevralın 6-da Londonda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən nəşr olunmuş "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri" adlı kitabın təqdimatı keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri müzakirə olunub. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz və 70-dən çox jurnalist, tarixçi, tələbə və Azərbaycanın dostları iştirak ediblər.
Bu üç cildlik kitabda Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivi və Moskvada yerləşən Rusiya Dövlət Hərbi Tarix Arxivindən toplanmış sənədlər təqdim olunur. Bu qiymətsiz tarixi sənədlərin əksəriyyəti ilk dəfədir nəşr olunur. Bu sənədlərdə ermənilərin Qafqaza mütəmadi olaraq köçməsi və Rusiya İmperiyasının onlara himayədarlıq etməsi öz əksini tapıb.
"St. James's Hotel and Club"dakı çıxışı zamanı araşdırmanın təşəbbüskarı olan professor Kərim Sükürov bildirmişdir: "Bu Rusiya arxivlərindən götürülən əsas mənbədir. Bütün sənədlər sistemli şəkildə nəşr üçün hazırlanıb, indiyə qədər biz 10 min səhifəlik materialları araşdırmışıq, 2000 səhifəlik material bu üç cilddə nəşr olunub. Erməni məsələsinin dəqiq izahı yoxdur, lakin materialları toplamaqla və onları düzgün sistemləşdirməklə Azərbaycan öz mövqeyinin başa düşülməsinə nail ola bilər. Rusiya imperiyası dövründə ermənilərin Qafqaza mütəmadi köçməsini sübut edən bu kitabın nəşri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini nümayiş etdirir".
Mövzuya münasibət bildirən Lord Leyrd demişdir: "Mən Avropa ilə əlaqələrin genişlənməsi sayəsində böyük potensiala malik olan Cənubi Qafqaz bölgəsini təzə kəşf etmişəm. "Erməni məsələsi" kitabı tarixi yenidən yazmağa çalışmır - bu, arxiv materiallarının ciddi araşdırmasıdır. Azərbaycanın mövqeyinin başa düşülməsinə nail olmaqda bu kitabların yardımçı olmasını təmin etmək vacibdir".
ABŞ-ın Monmut Universitetinin professoru Tadeuş Svyatoxovski nəşr olunan kitabların əhəmiyyətini vurğulamışdır: "Bu kitablarda mühüm təfərrüatlar toplanıb. 19-cu əsrin sonunda neft inqilabı nəticəsində Azərbaycanın beynəlxalq vəziyyəti dəyişib. İqtisadiyyatın inkişaf etməsi ilə Bakı kosmopolit şəhərə çevrilib. O həm də türk dünyasında mətbuatın mərkəzi olub. Lakin 1905-06-cı illərdə erməni təcavüzü bu vəziyyəti dəyişdi. Bu amil də təqdim olunan kitablarda öz əksini tapıb".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında