Nəsimi rayonunda 2011-ci ilə yekun vurulmuşdur

Nəsimi rayonunda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı yığıncaq keçirilmişdir. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur. Rayonda sosial-iqtisadi sahədə əldə edilmiş nailliyyətləri əks etdirən foto-stendə baxış keçirilmiş və film nümayiş etdirilmişdir. 
Yığıncağı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq məruzə ilə çıxış etmişdir. Natiq ötən il möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə əldə edilmiş uğurlardan danışmışdır.
Bildirilmişdir ki, 2011-ci ildə Nəsimi rayonunda sosial-iqtisadi sahədə bir sıra uğurlara nail olunmuş, qarşıda duran bütün vacib məsələlər öz həllini tapmışdır. Keçən il rayonda ümumi istehsal həcmi 2010-cu illə müqayisədə 24,8 faiz artaraq 1 milyard 132 milyon 228,8 min manat təşkil etmişdir. Sənaye məhsulları istehsalı 4,1 dəfə, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi 49,5 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlər 12 faiz yüksələrək 681 milyon 783,4 min manat təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri davam etdirilmişdir. İl ərzində park və bağlarda 10 mindən çox ağac və gül kolları əkilmiş, böyük yaşıllıq zolaqları salınmış, rayon icra hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş 20 həyətdə yenidənqurma və təmir-abadlıq işləri aparılmışdır.
Keçən il "Zabitlər" parkında, Bülbül prospektindəki parkda yenidənqurma və abadlıq işləri başa çatdırılmış, Əjdərbəy məscidinin əsaslı təmirdən sonra açılışı olmuşdur.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayonda aparılan bir sıra təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş və inşası başa çatmış obyektlərin açılış mərasimlərində iştirak etmişdir.
2011-ci ildə təhsil sahəsində də uğurlar əldə edilib. Ötən il rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 1121-i ali məktəblərə daxil olmuşdur. Onlardan 49-u 600-dən, o cümlədən 12-si 650-dən yuxarı bal toplamışdır. 3 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplayan abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilmiş və onlara qiymətli hədiyyələr verilmişdir.
2010-2011-ci tədris ilinin nəticələrinə görə, 8, 14, 42 və 151 saylı orta məktəblər "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, 17 müəllim "İlin ən yaxşı müəllimi" nominasiyası üzrə qalib olmuş, 1 nəfər "Tərəqqi" medalına, 2 nəfər isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Keçən il "Nizami" kinoteatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Nəsib Məhəməliyev bildirmişdir ki, 2011-ci ili bütün sahələrdə böyük uğurlarla başa vurmuş Nəsimi rayonunda insanlar bu il də qarşıda duran vəzifələri, ölkəmizin tərəqqisinə yönəlmiş layihələri uğurla həyata keçirmək əzmindədirlər.
Nəsimi rayon prokuroru Aqşin Ziyadov, "BakıTikişEvi" ATSC-nin sədri Fidail Rəhimov fəaliyyətləri barədə məlumat vermişlər.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Tağı Tağıyev çıxış etdilər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında