Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Daxili İşlər Nazirliyində olmuşdur

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 8-də ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, daxili işlər naziri dost və qardaş ölkənin silahlı qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini xatırlatmış və bu səfərin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl yeni vəzifəsində ilk səfərinin qardaş Azərbaycana olduğundan məmnunluğunu bildirmiş, Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirmiş və bu əlaqələrin inkişafı üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında