"Fəth" və "Həmas" sülh sazişi imzalamışlar

Fələstin lideri Mahmud Abbas müvəqqəti koalisiya hökumətinin rəhbəri olacaq. Fələstində uzun müddətdir ki, düşmən münasibətində olan "Fəth" qruplaşması ilə islamçı "Həmas" qruplaşması arasında barışıq əldə edilib.
Fələstin lideri Mahmud Abbas Qətərin vasitəçiliyi ilə keçən görüşdə "Həmas" lideri Xalid Məşəllə görüşüb. Görüşdə tərəflər barışıq razılaşması imzalayıblar. Razılaşmaya görə, Fələstin lideri Mahmud Abbas müvəqqəti koalisiya hökumətinin rəhbəri olacaq və koalisiya hökuməti İordaniyanın qərb sahili və Qəzza bölgəsi üçün seçki keçirilənə qədər fəaliyyət göstərəcək.
İsrailin baş naziri Benyamin Netanyahu isə razılaşmaya öz etiraz səsini ucaldıb. O deyib ki, Fələstin rəhbərliyi iki seçimdən birini etməlidir. Ya İsrail, ya "Həmas".
Onun fikrincə "Həmas" sülhün düşmənidir. Bu qruplaşma İran tərəfindən idarə olunan terrorçu təşkilatdır və İsrailin məhvi üçün nəzərdə tutulub. Hazırda isə "Həmas" daha ağır cinayətlər törətmək üçün silahlanmağa çalışır. Mahmud Abbas ya "Həmas" təşkilatını seçməlidir, ya da İsraili, deyə Netanyahu qeyd edib.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında