"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" yeni qanun layihəsi Avropa standartlarına cavab verir

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmağa hazırdır. Qanun layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 7-də keçirilmiş iclasında geniş müzakirə olunmuşdur. 
Komitənin sədri Əli Hüseynli demişdir ki, bu qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyənləşmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir. Layihədə həbs yerlərində daxili intizam qaydası, tutulmuş və həbs edilmiş şəxslərin əsas hüquqları, əmək fəaliyyəti, həbs yerlərinin müdiriyyətinin vəzifələri və digər məsələlər əksini tapmışdır.
Bildirilmişdir ki, layihənin hazırlanması üçün müvafiq işçi qrup yaradılmış, qanun yaradıcılığı prosesinə dövlət və qeyri-hökumət qurumlarının mütəxəssisləri, peşəkar hüquqşünaslar cəlb olunmuşdur. Sənədin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində də ciddi iş aparılmışdır. Layihə ilə bağlı ATƏT-in ekspertləri də rəy vermişlər. Layihə hazırlanarkən dünya ölkələrinin bu sahədəki qanunvericilik təcrübəsi, Avropa ölkələrində həbs yerlərində saxlama şəraiti ilə bağlı bütün yeniliklər, penitensiar qaydalar öyrənilmişdir. Müzakirələr zamanı qeyd olunmuşdur ki, qanunun qəbul olunması həm də İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramının tələbindən irəli gəlir. Hazırda həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının ayrı-ayrı hüquqi sənədlərlə təmin edilməsinə baxmayaraq deputatlar bu sahədə ayrıca bir qanunun qəbulunun vacibliyini qeyd etmişlər.
Qeyd olunmuşdur ki, layihə ilə bağlı ictimai müzakirələr də aparılacaqdır.
Sonda layihənin ikinci oxunuşda parlamentdə müzakirəyə çıxarılması qərara alınmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında