Kür çayının deltasının lildən təmizlənməsi işləri davam etdirilir

Bir həftədir ki, Kür çayının deltasının lildən təmizlənməsi işləri davam etdirilir.
İşləri Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Xəzər Dəniz Gəmiçiliyi və "Azərenerjitikintiquraşdırma" Açıq Səhmdar Cəmiyyətinin gəmiləri həyata keçirirlər.
Kür çayının deltasının lildən təmizlənməsi işlərinin 1-ci fazası yaxın vaxtlarda başa çatacaqdır. Ümumilikdə, Xəzər dənizinə doğru çayın 35 metr enində, 580 metr uzunluğunda hissəsində təmizləmə işləri görülür.
Dövlət Neft Şirkətinin torpaqsovuran "STS-500" gəmisinin kəsici qurğusu vasitəsilə suyun altında torpaq lillə qarışdırılaraq xüsusi borular vasitəsilə sahilə ötürülür. Sonra su lildən təmizlənib dənizə axıdılır.
Xəzər dənizindən Kür çayı istiqamətində işləri həyata keçirən "Narva" torpaqsovuran və "Abşeron-5" yedək gəmiləri isə təqribən 600 metr uzunluğunda ərazini lildən təmizləmişlər. Çayın gətirdiyi lilin dənizə axarının qarşısını almaması və deltanı doldurmaması üçün ərazidə 6 metr dərinliyində diametri 300 metr olan çala qazılmışdır.
Havalar mülayim keçərsə, işlərin 10 gün ərzində yekunlaşması planlaşdırılır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında