Azərbaycan ilə Makedoniya gəncləri arasında dostluq əlaqələri genişlənir

Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycanda səfərdə olan Makedoniya Türk Demokratlar Partiyası (MTDP) Gənclər Forumunun nümayəndə heyəti ilə görüşmüşdür.
YAP-ın mərkəzi qərargahında keçirilmiş görüşdə Əli Əhmədov bu səfərin Azərbaycan ilə Makedoniya gəncləri arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulamışdır. Sədr müavini bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Qonaqlara Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan, ölkədə iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir. Ə. Əhmədov bildirmişdir ki, Azərbaycan bu gün regionun lider dövlətidir. Ölkəmizdə gənclərə dövlət tərəfindən daim diqqət göstərilir. Ötən il "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi də ölkəmizin gündən-günə inkişaf etdiyinin bariz nümunəsidir. Nümayəndə heyətinin üzvləri - MTDP-nin Gənclər Forumunun sədr müavini Hacı Fuad Eyyub, katibləri Ümid Rəcəb və Acrulla Yusif Əli Əhmədova səmimi görüş üçün təşəkkürlərini bildirmiş, bu səfərin gələcək əməkdaşlıq üçün böyük zəmin yaradacağına əminliklərini ifadə etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında