Bakıda rəqəmsal televiziyaya keçidin vaxtı açıqlanıb

Eurovision-2012 mahnı müsabiqəsi ərəfəsində Bakı və Abşeron yarımadasında telekanalların yayımı tamamilə rəqəmsal formata keçiriləcək.
Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən şənbə günü keçirilən kollegiya iclasında nazir müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, Eurovision-2012 mahnı müsabiqəsi başlananadək Bakı və paytaxt ətrafında analoq siqnalın yayımı tamamilə dayandırılacaq. Ölkənin digər regionlarında da tədricən rəqəmsal formata keçid təmin ediləcək. Bununla yanaşı, yüksək təsvir ölçülü (HD - High Definition) televiziya və radio kanalları işə salınacaq. Hazırda bu istiqamətdə işlər Azərbaycanın İctimai Televiziyası (İTV) ilə aparılır. "Bu formatı biz 3 kanal üçün hazırlamışıq, lakin digər yayımlayıcılarda bu formatda verilişlərin çəkilməməsi ilə əlaqədar olaraq biz bu işləri hələ ki Azərbaycanın İctimai Televiziyası ilə aparırıq.
Eurovision-2012 müsabiqəsinin çəkilişləri də HD formatında yayımlanacaq, eləcə də radio kanallar HD formatında işləyəcək. İTV telekanalı Azərbaycanda Eurovision-2012 mahnı müsabiqəsinin təşkilatçısı və yayımlayıcısı qismində çıxış edir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında