Məqsəd yüksək intellektli, sağlam və vətənpərvər gənclər yetişdirməkdir

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Günü ilə əlaqədar gənclərlə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək heykəlin önünə gül dəstələri düzmüş, sonra mərkəz ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdəki multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir.
Mərkəzin birinci mərtəbəsində ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. İkinci mərtəbədəki geniş sərgi salonunda ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzə ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlərin keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Üçüncü mərtəbədə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi, həmçinin, müasir texnoloji avadanlıqla təchiz olunmuş elektron-lektoriya zalı fəaliyyət göstərir.
Gənclərlə görüş mərkəzin elektron-lektoriya zalında keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak etmişlər. İlqar Abbasov əbədiyaşar lider Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirdiyini qeyd etmiş və vurğulamışdır ki, ulu öndər yeni nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir.
İcra başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir: "Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsidir ki, müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar".
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etmişdir ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar. Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup gəncə rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunmuşdur.
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov rayon gənclərinin ötən il əldə etdikləri uğurlar haqqında məlumat vermiş və 2012-ci ildə qarşıda duran planlardan danışmışdır. O, ölkəmizin ən vacib istiqamətlərindən olan və gənclərin sosial müdafiəsi, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. məqsədlərlə həyata keçirilən dövlət gənclər siyasətinin çoxminli gənclər ordusu olan Suraxanıda da uğurla həyata keçirildiyini bildirmişdir.
Rayonun yeniyetmə və gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək hərbi hazırlığa malik olması üçün Suraxanı rayon Gİİ tərəfindən hər il yaz və payız çağırışına həsr olunmuş çağırışa qədər və çağırış yaşlı gənclərin iştirakı ilə müvafiq tədbirlər həyata keçirilir. Amil Bağırov ötən il "Marş irəli" devizi altında "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə yarış, "Cəsurlar" və "Şahin" hərbi-idman oyunları, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şura iclasının qərarlarının icrası və yeniyetmələrə hərbi-vətənpərvərlik hisslərinin aşılanması məqsədi ilə yeniyetmələrdən ibarət qəsəbə bələdiyyə komandaları arasında " Hərbi-İdman" oyunları keçirildiyini, 2012-ci ildə də belə tədbirlərin təşkilinin nəzərdə tutulduğunu söyləmişdir.
Suraxanı rayonunda əlamətdar günlər münasibətilə keçirilən tədbirlərdə yüzlərlə yeniyetmə və gənc iştirak edir. Gİİ tərəfindən ötən il rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı faciəsinin XIX ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda inşa yazı və rəsm müsabiqələri, "Mahir nişançı" adlı güllə atıcılığı üzrə turnir və s. keçirilmişdir. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə rayon gənclərinin Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdindəki "Heydər Əliyev Mərkəzi"nə ekskursiyası təşkil edilmiş, "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Suraxanı rayon orta ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. 290, 275 və 317 saylı orta məktəblərin şagirdləri müsabiqənin qalibi olmuşlar.
Gİİ-nin rəisi rayonun orta məktəblərinin şagirdləri arasında Türk Dünyasının Həmrəyliyi Günü münasibəti ilə "Yaşa Türküm yaşa, yaşa Turanım yaşa- qanımız bir, canımız bir" mövzusunda inşa yazı müsabiqəsində 285 saylı, şeir müsabiqəsində isə 290 saylı orta məktəbin, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda yazı müsabiqəsində 317 saylı, şeir müsabiqəsində isə 290 saylı orta məktəb şagirdlərinin yüksək nəticələr göstərdiyini bildirmişdir.
Gİİ-nin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində keçirilən hüquqi maarifləndirici tədbirlərdə - "Şəxsiyyətin məhvinə aparan yollar", "Narkomaniyaya yox deyək", "Milli mənəvi dəyərlərimiz sabahımızın xilası deməkdir!", "Azərbaycan gəncləri narkotiklər əleyinə" mövzularında keçirilən rəsm müsabiqəsində rayonun 226 saylı, inşa yazı müsabiqəsində isə 101 saylı orta məktəbi fərqlənib.
Respublika Günü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Doğma Vətən" mövzusunda asfalt üzərində rəsm və şeir müsabiqəsi, Milli Qurtuluş Gününə həsr olunmuş "Gənclərimiz işıqlı sabahları dəstəkləyir!" adlı tədbir, Milli Mətbuat Günü münasibətilə "Mətbuat və gənclik" mövzusunda dəyirmi masa, neft işçilərinin peşə bayramında "Əsrin kontraktı və gələcəyimiz" mövzusunda dəyirmi-masa, Beynəlxalq Sülh Günü ilə əlaqədar "Biz sülhə səs veririk!" rəsm müsabiqəsi və bayram konserti, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan", "Azərbaycan gəncliyini necə görmək istəyirəm?" mövzusunda inşa yazı və şeir müsabiqəsi,"Müstəqilliyimiz əbədi və sarsılmaz olacaqdır!" başlığı altında dəyirmi masa, Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə "Mənim bayrağım" adlı inşa yazı və şeir müsabiqəsində və bir sıra intellektual oyunlarda rayon məktəbliləri öz bacarıqlarını göstərmişlər.
Amil Bağırov gənclərimizin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının müasir dövrün tələbi olaraq qaldığını vurğulayaraq, suraxanı gənclərinin də intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında