Türkdilli ölkələr arasında vahid dil və əlifbanın yaradılması səyləri davam edəcəkdir

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Nevzat Pakdil, deputatlar Ələddin Böyükkaya, Kəmaləddin Göktaş və Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakçı mayın 24-də Bakıya səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər.
Türkiyə parlamentinin vitse-spikeri demişdir ki, türkdilli ölkələr arasında vahid dil məsələsində razılıq əldə oluması üçün səylər davam etdiriləcəkdir. Bunun üçün ilk növbədə vahid əlifbanın olması lazımdır.
TÜRKPA-nın yaranması tarixindən bəhs edən Nevzat Pakdil bu qurumun beynəlxalq təşkilatlara da üzv olması üçün razılıq əldə olunduğunu demişdir. Əsas məqsədin keçmişi bir olan xalqların birliyi olduğunu diqqətə çatdıran vitse-spiker əsas hədəfin yaxın gələcəkdə bütün türkdilli xalqların tərcüməçiyə ehtiyac olmadan ünsiyyət qurması olduğunu demişdir. Digər mühüm məqsəd isə ölkələr arasında siyasi birliyin möhkəmləndirilməsidir. Bütün türk dünyası dövlətləri bərabərdir və biz siyasi, iqtisadi, mədəni əməkdaşlığımızın TÜRKPA vasitəsilə möhkəmlənəcəyinə ümid edirik.
Türkiyə parlamentinin üzvü Ələddin Böyükkaya da türkdilli ölkələrin təkbaşına deyil, iqtisadi və siyasi sahələrdə birgə irəliləmələrinin zəruri olduğu mərhələyə qədəm qoyduqlarını söyləmişdir. İndi bu ölkələr təkcə parlamentlər səviyyəsində deyil, müxtəlif təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq qururlar.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı Türkiyənin bölgədə gücünü artırması qardaş ölkələri sevindirdiyini söyləmişdir. Türk dünyasını güclü görmək bütün türkdilli xalqları məmnun edir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında