Saatlının qış qayğıları

Son illərin, bəlkə də, ən sərt qışı yaşanır. Təbii ki, kəskin hava şəraiti həm də özünəməxsus problemlər, çətinliklər yaradır. Buna görə də qışa hazırlıqlı getmək üçün qabaqcadan tədbirlərin görülməsi vacib sayılır. Saatlıda qışa kifayət qədər ciddi hazırlaşıblar, desəm yanılmaram. Çünki ötən dövrlə müqayisədə, doğrudan da, çox iş görülüb.
Qeyd etmək lazımdır ki, 2012-ci ilin qış mövsümünə hazırlıqla əlaqədar olaraq əhalini, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələri yanacaq, elektrik və istilik enrejisi ilə təmin etmək, içməli suya olan tələbatı müntəzəm ödəmək üçün müəyyən tədbirlər görülmüşdür.
2011-2012-ci tədris ilində rayonun təhsil müəssisələrində qışa hazırlıqla əlaqədar müəyyən təmir-tikinti işlərinin görülməsi xüsusilə diqqətəlayiqdir. Nərimankənd, Dədə Qorqud, Məmmədabad kənd tam orta, Dəlilər, Əliabad, Genişkənd ümumi orta məktəblərində elektrik naqilləri yenisi ilə əvəz olunmuş, pəncərə və qapılar dəyişdirilmiş, məktəbin dam örtüyü təmir edilmişdir.
S.Vurğun adına şəhər 1, şəhər 2, 3, 4 saylı orta məktəblərində yeni istilik qızdırıcılarından istifadə olunması, Cəfərxan, Məmmədabad, Yeni Novruzlu, Qıraqlı, Şirinbəy kənd orta və Bəylər kənd əsas məktəblərində yeni tipli qızdırıcı sistem quraşdırılması, sözsüz ki, tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır.
Rayonun səhiyyə müəssisələrində də qışa hazırlığın vəziyyəti qənaətbəxşdir.
Mərkəzi Rayon Xəstəxanasının əsas binaları, Fətəlikənd kənd xəstəxanası, Sarıcalar, Nəsimikənd, Məmmədabad, Nərimankənd, Məzrəli, Varxankənd, Azadkənd, Smardakənd, Xanlarkənd, Dədə Qorqud, Şirinbəy, Qara Nuru, Qıraqlı həkim məntəqəsi, Qazanbatan, Əbilkənd, Mircəlalkənd, Genişkənd, Əliabad, Musalı, Novruzlu, Kamallı, Əlisoltanlı, Bəylər, Potubəyli, Gomuşçu, Qaracalar, Əhmədbəyli, Mustafabəyli, Yeni Novruzlu tibb məntəqələrində pəncərələrin sınmış şüşələri dəyişdirilmiş, dam örtüklərində, su sistemlərində, transformator, elektrik xətlərində nasazlıqlar aradan qaldırılaraq qışa hazırlıq vəziyyətinə gətirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamına əsasən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2010-cu ildə Mərkəzi Xəstəxanada başlamış əsaslı təmir işləri bu gün də davam etdirilir. Rayon icra hakimiyyəti başçısının 5 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq xəstəxananın cərrahiyyə, doğum, reanimasiya, ginekologiya, təcili yardım və qəbul şöbələri mərkəzi rayon xəstəxanasının hazırda təmir işləri aparılmayan və müvafiq şəraiti olan yardımçı otaqlarda, uşaq, terapiya və yoluxucu xəstəliklər şöbələri Yükdaşıma Avtonəqliyyat Açıq Səhmdar Cəmiyyətinə məxsus lazımi iş şəraiti olan inzibati binada, poliklinika şöbəsi isə fəaliyyəti dayanmış 17 saylı Sutikintiquraşdırma Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında yerləşdirilmişdir.
Binaların qızdırılması üçün 650 kubmetr doğranmış odun və 40 odun sobası alınmışdır.
Tarix-Diyarşünaslıq Muzeyində, Rayon Mədəniyyət Sarayında, Rəsm Qalereyasında, Heydər Əliyev Muzeyində, Mərkəzi Rayon Kitabxanasında, Uşaq Kitabxanasında, Gənclər Kitabxanasında, Bülbül adına Uşaq musiqi məktəbində, 60 kənd kitabxanasında, 13 kənd mədəniyyət evində, 11 kənd, 2 şəhər klubunda ilin qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər əhaliyə xidmətin səviyyəsini yüksəldir. Adı çəkilən mədəniyyət müəssisələrinin lazımınca maye qaz və odun yanacağı ilə təmin edilməsi, həmçinin Uşaq musiqi məktəbində, Mərkəzləşdirilmiş Kitabxana Sistemində, Heydər Əliyev muzeyində, Rəsm Qalereyasında əsaslı və cari təmir işlərinin aparılması, eləcə də istilik verən kondisionerlərin quraşdırlıması nümunəvi xidmət üçün stimul yaratmışdır.
Aydındır ki, əhalinin istilik təminatının əsas hissəsi təbii qaz və elektrik enerjisinin payına düşür. Abonentləri təbii qazla normal təmin etmək məqsədilə Saatlı Qaz İstismar Sahəsi tərəfindən şəhərin A.Abuzərov, A.Səhhət, M.Ə.Rəsulzadə, Babək, Natəvan, S.Vurğun, Musabəyov, M.Əliyev, M.Müşfiq, Nəsimi küçələri, Heydər Əliyev prospekti və Mollavazlı kəndini əhatə edən qaz kəmərlərində yeraltı və yerüstü keçidlərin korroziyaya uğramış hissələri yenisi ilə əvəz edilərək qaz sızmaların qarşısı alınmışdır. İstismar müddəti başa çatmış 967 ədəd "Sənayecihaz" tipli məişət qaz sayğacı "Elster G-41" tipli qaz sayğacı ilə əvəz olunaraq küçələrə çıxarılmış və bu proses hazırda davam etdirilir. Bunun nəticəsidir ki, ötən il 100-dən çox yeni abonent qeydiyyata alınaraq təbii qazla normal təmin olunmuşdur.
Bundan əlavə, M.F.Axundov küçəsində 1200 metr qaz kəməri yer altından çıxarılaraq təmir edilmişdir. Ümumiyyətlə, Saatlıda təbii qazla təminatı daha da yaxşılaşdırmaq üçün yaxın zamanlarda xeyli işlərin görülməsi nəzərdə tutulmuşdur.
Saatlıda dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminat, qış mövsümünə hazırlıqla əlaqədar olaraq xeyli iş görülmüşdür. Rayonun Məzrəli kəndində 6 ədəd, Nərimankənd, Dəlilər, Qaracalar kəndlərində 4 ədəd, Kamallı kəndində 3 ədəd transformator əsaslı təmir olunaraq bərpa edilmişdir.
2011-ci ilin mart ayında Sarıcalarda yerləşən 110/35/10 kilovoltluq yarımstansiyanın fəaliyyətinin bərpa edilməsi üçün 25 meqavatlıq transformator gətirilmişdir. Bundan başqa, Qara Nuru, Məmmədabad, Genişkənd, Əliabad kəndlərinə xidmət edən, uzun müddət yanıb sıradan çıxmış 4 meqavatlıq transformator, Mircəlalkənd, Soltanabad, Nəsimikənd, Smadakənd kəndlərini elektrik enerjisi ilə təmin edən, sıradan çıxmış 2,5 meqavatlıq transformator təmir olunmuşdur.
Nərimankənd, Dəlilər, Qaralar, Çolpı, Qara Nuru, Əlisoltanlı, Mircəlalkənd, Günəşli və Azadkənd kəndlərində 154 ədəd dayaq dəyişdirilmiş, eyni zamanda 5,8 kilometr naqil yeni AS-35-lə əvəz edilmişdir. Əsasən, abonentlər tərəfindən yararsız hala salınmış və ya müdaxilə edilmiş 1800 ədəd sayğacın yerinə yenisi quraşdırılmışdır. Hazırda elektrik şəbəkəsi yeni tikilmiş yaşayış evlərində sayğac quraşdırılmasını davam etdirilir. "Su kanal" idarəsinin qışa hazırlıqla bağlı gördüyü işlər barədə də məlumat vermək yerinə düşərdi. Sabir kanalının üzərində yerləşən su nasosu təmir edilmiş, Araz çayı üzərində yerləşən su nasosu çayın sağ sahilinə keçirilmiş, beşmərtəbəli yaşayış binalarına xidmət edən 2 su nasosunun sıradan çıxmış mühərriki təmir edilmişdir. M.Ağayev, A.Abuzərov, M.F.Axundov küçələrində yerləşən su borularının sıradan çıxmış hissələri təmir edilmişdir. Bundan əlavə, M.Kərimov, M.Əzizbəyov, Babək küçələrində və Heydər Əliyev prospektindəki su nasoslarında elektrik ayrıcıları dəyişdirilmişdir. Sabir kanalının üzərində 1 su nasosu quraşdırılmış, Araz çayı üzərindən M.Ağayev küçəsinə diametri - 114 millimetrlik borularla 380 metr su xətti çəkilmişdir. Eyni zamanda, Ə.Hüseynov küçəsində 700 metr yeni su xətti çəkilmişdir. Bu işlərin fasiləsiz olaraq davam etdirilməsi nəzərdə tutulmuşdur.
Ancaq görüləsi işlər də az deyil. İllər boyu yığılmış problemlərin həllini qısa müddətdə reallaşdırmaq qeyri-mümkündür. Əsas odur ki, müsbət dəyişikliklər özünü təkcə qışa hazırlıqla bağlı deyil, digər məsələlərdə də aşkar göstərir. Çünki hədəf düz seçilib: hərtərəfli inkişaf yolunda qətiyyətlə addımlamaq! Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyir ki, əgər işimizi ölkə rəhbərinin tələblərinə uyğun səviyyədə qurmağa nail ola bilsək, ümumiyyətlə, Saatlıda heç bir sahədə narahatçılıq, çatışmazlıq, problem olmaz.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında