Türkiyənin Elazığ şəhərində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur

Türkiyənin Elazığ şəhərində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur.  
Açılış mərasimində Elazığ valisi Muammer Erol, Türkiyə parlamentinin deputatı Şuay Alpay, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Yakup Deliömeroğlu bildirmişdir ki, Elazığda ucaldılan bu abidə Qafqaz İslam Ordusunun canlarını Azərbaycanın müstəqilliyi uğrunda fəda etmiş azərbaycanlı və türk şəhidlərinin xatirəsinə Türkiyədə ilk heykəldir. Biz, Bakıda qəhrəmanlıqla həlak olmuş 1300 əsgərin, habelə Dağlıq Qarabağda, Xocalıda şəhid olmuş insanların xatirəsini hər zaman qəlbimizdə yaşatmalıyıq.
Xalq yazıçısı Anar vurğulamışdır ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olmuşdur. Bizim sevincimiz də, kədərimiz də birdir. Sevincli günlərdə Elazığdakı Xəzər gölü ətrafında şeir məclisinə toplaşır, kədərli günlərimizdə birlikdə şəhidlərimizin xatirəsini anırıq.
Millət vəkili Şuay Alpay isə babası Məhmət Kasım bəyin 1918-ci ildə Gəncədə erməni quldur dəstələrinə qarşı vuruşduğunu və şəhid olduğunu söyləmişdir. O, bütün şəhidlərin xatirəsinin hər iki qardaş ölkənin xalqlarının qəlbində daim yaşayacağını demişdir.
Sonra Elazığ valisi və Azərbaycandan gəlmiş qonaqlar Azərbaycan parkının ərazisini gəzmiş, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Elazığ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında