Səlim MÜSLÜMOV: Azərbaycanda sosial ödəniş dərəcələrini dəyişdirmək vaxtı çatmışdır

Azərbaycanda işəgötürənlər və işçilər tərəfindən Dövlət Sosial Müdafə Fonduna (DSMF) ödənilən icbari sosial sığorta üzrə ödənişlər arasında nisbəti dəyişdirməyin vaxtı çatmışdır. Bu barədə "Trend" ə DSMF sədri Səlim Müslümov açıqlama vermişdir.
"Bu, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub və artıq bu prosesə başlamaq lazımdır. Qonşu ölkələrdə bu proses aparılır. Məsələn, Qazaxıstanda 21 faizdən işçiyə 10 faiz düşür".
Hazırda işçinin icbari sosial sığortaya görə ödənişləri iki mənbədən formalaşır: işəgötürənlər əməkhaqqı fondundan sosial sığortaya ödənişləri 22 faiz həcmində həyata keçirirlər, işçinin əməkhaqqından isə 3 faiz tutulur.
S.Müslümovun sözlərinə görə, birinci mərhələdə işçilərə ödənilən ödənişlərin faiz dərəcələrinin indiki 3 faizdən 5 faizə artırılması və müvafiq olaraq, işəgötürənlərin payının 22 faizdən 20 faizə azaldılması nəzərdə tutulur: "Biz hazırda Azərbaycanın pensiya-sığorta sisteminin inkişafının uzunmüddətli planlaşdırılması üzrə layihə çərçivəsində Dünya Bankı və "Overture Financial Ltd" şirkəti ilə araşdırmalar aparırıq. Onlar yaxın müddətdə bu prosesin başlama vaxtı ilə bağlı təkliflərlə nəticələri bizə təqdim edəcəklər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında