Azərbaycan ilə Qırğızıstan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Fevralın 3-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkəmizdə səfərdə olan Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov ilə görüşmüşdür.  
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır. F.Ələkbərov respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar barədə qonağa məlumat vermiş, ötən ilin sosial-iqtisadi göstəricilərinə toxunmuşdur. Nazir bildirmişdir ki, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan ölkəmizdə son 8 ildə yaradılan iş yerlərinin sayı bir milyonu ötməklə, işsizliyin səviyyəsi 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5,2 dəfə azalaraq 7,6 faizə düşmüşdür.
Görüşdə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən söz açılmaqla, fəal sosial müdafiə tədbirlərinə xüsusi önəm verildiyi və bu sahədə ölkəmizin malik olduğu təcrübə barədə məlumatlar diqqətə çatdırılmışdır. Qırğızlarla azərbaycanlılar arasında ortaq milli-mədəni dəyərlərin, iki ölkə arasında qarşılıqlı etimad və anlaşma mühitinin olduğu, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin davam etdirildiyi vurğulanmışdır.
F.Ələkbərov Qırğızıstanla eyni zamanda, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına ölkəmiz tərəfindən xüsusi önəm verildiyini deyərək, bu görüşün sözügedən sahədə uğurlu bir addım olacağına əminliyini ifadə etmişdir.
Aliyasbek Alımkulov sosial-iqtisadi inkişaf modeli beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişafına Qırğızıstan hökuməti tərəfindən xüsusi diqqət yetirildiyini, Azərbaycanın sosial inkişaf təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğulamışdır.
Qırğızıstanlı nazir iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən səmərəli təcrübə mübadilələrinin aparılması üçün geniş imkanların olduğunu və ölkəsinin daim bu imkanlardan faydalı şəkildə yararlanacağını diqqətə çatdırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında