Fransa Senatının nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir

Fransa parlamentində qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul olunması Azərbaycanda istər rəsmi orqanlar, istər parlament, istərsə də ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Fransa parlamentinin bu qərarına kütləvi surətdə etirazını bildirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, dünyanın onlarla ölkəsində fəaliyyət göstərən 60-dan artıq Azərbaycan diaspor təşkilatı Fransa parlamentinin qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsini qınamış, bunun söz, ifadə azadlığını kobud surətdə pozması ilə yanaşı bölgədə sülhə, əmin-amanlığa və qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmədiyini bildirmişlər.
İstər Azərbaycan dövləti, istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu qərarı Türkiyə ilə yanaşı, Azərbaycana və eləcə də bütün türk dünyasına qarşı atılmış addım kimi dəyərləndirmişlər. Ölkəmizin bu məsələdə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu məsələdə Türkiyəyə lazımi dəstək verdiyini qeyd edərək demişdir: "Azərbaycan bizim qardaşımızdır və o həmişə bizimlədir". Türkiyə tərəfi bu qanun layihəsinin ləğv edilməsinə dair senatorların Fransa Konstitusiya Şurasına müraciət etməsində, fransalı deputatların mövqelərindən geri çəkilməyə inandırılmasında Azərbaycanın da önəmli rol oynadığını bildirmişdir.
Azərbaycan Respublikası Fransa parlamentinin qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin tam şəkildə ləğv olunması üçün səylərini davam etdirir. Belə ki, bu qanun layihəsinin ləğv olunması üçün Fransa Konstitusiya Şurasına müraciət etmiş senatorlardan bir qrupu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə fevralın 5-də ölkəmizə səfərə gələcəkdir. Nümayəndə heyətinin tərkibinə senatorlar xanım Natali Qule, xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Səfər çərçivəsində fransalı senatorlar Milli Məclisdə və bir sıra nazirliklərdə görüşlər keçirəcəklər. Fransa senatorları, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılarla da görüşəcək, onların həyat şəraiti ilə tanış olacaqlar.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri fevralın 10-da başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında