Sankt-Peterburqda Azərbaycan Gəncləri Günü qeyd edilmişdir

Azərbaycan Gəncləri Günü münasibətilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Sankt-Peterburq regional bölməsinin hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə şəhərin azərbaycanlı gənclərinin 250-yə yaxın nümayəndəsi iştirak etmişdir. 
Tədbirin əvvəlində RAGT-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
RAGT-nin sədri Leyla Əliyevanın adından təbrik məktubunun mətni oxunmuşdur. Məktubda vurğulanır ki, RAGT Rusiya və Azərbaycan gəncləri arasında dostluğun, qarşılıqlı dəstək və anlaşmanın möhkəmlədilməsinə yönəlmiş haqq işinə xidmət edir.
Müraciətdə deyilir: "Bu gün RAGT Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən fəal təşkilatıdır. Rusiyanın bütün regionlarında müxtəlif tədbirlər, konfranslar, seminarlar keçirilir, humanitar və mədəni layihələr reallaşdırılır. RAGT Azərbaycan gənclərini sıx birləşdirməklə bərabər, həm də onun Rusiya cəmiyyətinə inteqrasiyasına kömək edir, xalqımızın bənzərsiz mədəniyyətini Vətəndən uzaqlarda qoruyub saxlamağa kömək edir".
Sonra tədbirin gündəliyinə uyğun olaraq cari məsələlər müzakirə edilmişdir. Şimal-Qərb Dövlət Xidməti Akademiyasının dördüncü kurs tələbəsi Ozal Rəsulov ümumi səsvermə yolu ilə RAGT-nin regional bölməsinin rəhbəri seçilmişdir. Bundan əlavə, regional bölmənin 13 nəfərdən ibarət şura üzvləri seçilmişdir. Sankt-Peterburq Administrasiyası adından Sankt-Peterburq Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqə komitəsinin rəhbəri Aleksandr Nikolayev, Xarici əlaqələr komitəsinin nümayəndəsi Vyaçeslav İvanov, habelə "Yedinaya Rossiya" partiyası regional icraiyyə komitəsinin üzvü Artemi Qolitsın, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və "Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatının nümayəndələri RAGT-nin regional bölməsini təbrik etmişlər.
Aleksandr Nikolayev çıxışında vurğulamışdır ki, Sankt-Peterburq Gənclər siyasəti komitəsi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi arasında sıx münasibətlər yaranmışdır. Komitə RAGT-nin Sankt-Peterburqdakı bütün tədbirlərini və təşəbbüslərini alqışlayır. O qeyd etmişdir ki, komitə RAGT-nin regional bölməsini hər vasitə ilə dəstəkləməyə, həmçinin onunla birgə tədbirlər keçirməyə hazırdır. Sankt-Peterburq Xarici əlaqələr komitəsinin nümayəndəsi Vyaçeslav İvanov qeyd etmişdir ki, Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələr yaradılmışdır. O əmin olduğunu bildirmişdir ki, gənclər siyasəti sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət yalnız yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Odlar Yurdunun mədəniyyətinin, xalqımızın adət və ənənələrinin təbliğində RAGT-nin xüsusi rolunu qeyd etmiş, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləri barədə söhbət açmışdır.
"Vətən" regional ictimai təşkilatının rəhbəri Məzahir Həsənov Azərbaycan gənclərini Dağlıq Qarabağ məsələsi, Xocalı faciəsi ilə əlaqədar Azərbaycan reallıqlarının təbliği işində daha fəal olmağa, "Xocalıya ədalət" kampaniyasını hərtərəfli dəstəkləməyə çağırmışdır. M.Həsənovun çıxışı gurultulu alqışlarla qarşılanmışdır.
"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatının nümayəndələri qeyd etmişlər ki, onlar Azərbaycan gənclərini Sankt-Peterburqda konsulluq ilə birgə həyata keçirilən bütün layihə və tədbirlərə daha fəal cəlb etməyə, regional bölmənin bütün ideya və təşəbbüslərini dəstəkləməyə hazırdırlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında