ABŞ-ın nüfuzlu CNN telekanalında "Bakının yeni limanı dünyaya qapı aça bilər" adlı reportaj yayımlanmışdır

ABŞ-ın nüfuzlu CNN telekanalında "Bakının yeni limanı dünyaya qapı aça bilər" adlı reportaj yayımlanmışdır.
Reportajda bildirilir ki, Asiyadan Avropaya gedən ticarət yollarının üzərində yerləşən Azərbaycanın paytaxtı Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və ölkənin nəqliyyat sektoruna sərmayələrin yatırılması bütövlükdə Cənubi Qafqaz regionunun ixrac potensialının artırılmasına gətirib çıxaracaqdır.
Azərbaycanın dünyaya açılan qapılarından biri olacaq bu yeni liman vasitəsilə ölkədə istehsal olunan məhsullar xaricə ixrac ediləcəkdir.
Geniş reportajda vurğulanır ki, Xəzər dənizi və onun ticarət yolları hələ çox qədim dövrlərdən regionun beynəlxalq ticarət əlaqələri üçün böyük əhəmiyyətə malikdir. Bakıda tikilməkdə olan liman isə bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.
Müəllif qeyd edir ki, regional əhəmiyyətli yeni Bakı limanı Çinin şərq limanlarından yüklərin Avropaya daşınması ilə bağlı baş planın tərkib hissəsidir. Hazırda Çindən il ərzində əsasən dəniz vasitəsilə Avropaya və ABŞ-a 10 milyon konteyner yük daşınır. Bu baxımdan Bakı limanı regionun iqtisadi inkişafında çox böyük rol oynayacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında