Penitensiar Xidmətdə ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir

Fevralın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş əməliyyat müşavirəsi keçirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, müşavirədə Penitensiar Xidmətin, tabe qurumların, habelə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbərləri, Təşkilat-nəzarət idarəsinin məsul əməkdaşları iştirak etmişlər.
Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev demişdir ki, ötən il ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası davam etdirilmişdir. Penitensiar sistemdə qanunçuluq, nizam-intizam möhkəmləndirilmiş, tabe qurumların fəaliyyətinə nəzarət gücləndirilmişdir. Mövcud nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülmüşdür.
Penitensiar Xidmətin rəhbərliyi tərəfindən şəffaflığın artırılmasına xüsusi fikir verilmiş, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülmüş və hərtərəfli araşdırılmışdır. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, Azərbaycan Prezidentinin əfv sərəncamları vaxtında və dürüst icra olunmuşdur.
Hesabat dövrü ərzində müasir beynəlxalq standartlara tam cavab verən yeddi yeni müəssisənin obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.
Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 183 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılmışdır. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısı alınmış, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə diqqət mərkəzində olmuşdur. Belə ki, ötən il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 21592 manat pul, 179,2 litr spirtli içki, 197 mobil telefon, 333,329 qram müxtəlif narkotik vasitə aşkar edilərək götürülmüş və həmin faktlarla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Müşavirədə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən hüquq-müdafiə təşkilatları ilə il ərzində işgüzar əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanmışdır.
Hesabat dövründə Penitensiar Xidmətin 232 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 35 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi bildirilmişdir. Habelə, Ədliyyə Nazirinin və Penitensiar Xidmətin rəisinin müvafiq əmrləri ilə 2, 4, 5, 6, 7, 9, 10 saylı cəzaçəkmə müəssisələrinin, Tərbiyə müəssisəsinin, 2 və 3 saylı istintaq təcridxanalarının, 2, 7, 8, 9, 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrinin və avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunmuş, onların bir hissəsi ədliyyə orqanlarından kənarlaşdırılmışlar.
Qeyd olunmuşdur ki, 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə qulluq borclarına vicdanlı və peşəkar münasibət göstərdiklərinə, xidməti vəzifələrini nümunəvi icra edərək fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 21 noyabr 2011-ci il tarixli sərəncamı ilə Penitensiar xidmətin əməkdaşları da mükafatlandırılmışlar.
Əməliyyat müşavirəsinə yekun vuran Mədət Quliyev vurğulamışdır ki, 2011-ci il ərzində Penitensiar Xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilmiş, müəyyən müsbət nəticələr əldə olunmuşdur.
Sonda mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında