Heydər Əliyev Fondunun səbailli gənclərə töhfəsi

Heydər Əliyev Fondu həyata keçirdiyi xoşməramlı işlər çevrəsində Gənclər Günü ərəfəsində Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasimi keçirilmişdir. 
Səbail rayon sakini, yetkinlik yaşına çatmayan Tofiq Əhədov İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən himayəyə alınmış, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlə təmin olunmasına köməklik göstərilmişdir.
Mərasimin Azərbaycan Gəncləri günü ərəfəsində keçirilməsi Səbailli gənclərin sevincini daha da artırmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Neolit" şadlıq sarayında təşkil olunan toyda rayonun istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, ictimaiyyətin nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişlər.
Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayevin də qatıldığı toyda bildirilmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini xoşbəxt, güclü görmək istəyirdi. Ümummilli lider 1994-cü illin iyulunda Azərbaycanda Gən\clər və İdman Nazirliyi yaratdı, 1996-cı il fevralın 2-də onun imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Prezident İlham Əliyev də gənclərin problemlərinin həlli üçün mühüm addımlar atır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın təsdiqi, Gənclər Fondunun yaradılması gənclərə dövlət qayğısını ifadə edir. Yeniyetmə və gənclərlə aparılan işlər Heydər Əliyev Fondunun və onun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın da gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Mərasimdə Mehriban xanımın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günkü toyun keçirilməsi də bu istiqamətdə görülən işlərdən biridir. Mərasimin keçiriləməsi ilə bağlı bütün hazırlıq və təşkilati məsələlər Heydər Əliyev Fondu tərəfindən görülmüşdür.
Fondun nümayəndələri yeni ailə həyatı quran gənclər - Tofiqi və Elinanı Heydər Əliyev Fondu və Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara xöşbəxtlik və ailə səadəti arzulamışlar. Heydər Əliyev Fondu tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Gənc Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Mərasim respublikanın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında