Balakəndə "Gənclər günü" qeyd olunmuşdur

Balakəndə Heydər Əliyev mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayon icra hakimiyyəti aparatının, idarə və müəssisə rəhbərlərinin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin çoxsaylı nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə rayon Gənclər və idman idarəsinin rəisi Rasim Paçalov "Azərbaycanın gələcəyi gənclərə məxsusdur" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev daim gənclərin himayəçisi olmuş, bizə xüsusi diqqət və qayğı göstərmişdir. "Gələcək siz gənclərindir" - deyən ulu öndər 1996-cı il fevralın 2-də keçirilən forumda Azərbaycan gəncliyinin böyük uğurlar qazanacağını xüsusi vurğulamışdır.
Sonra Nizami adına şəhər 1 saylı orta məktəbinin tarix müəllimi Altay Məmmədov, Uşaq Gənclər İdman məktəbinin direktoru Vasif Qomurov, Texniki humanitar təmayüllü liseyin müəllimi Elcan Əliyev, YAP Rayon Təşkilatı Gənclər birliyinin sədri Səbuhi Alqayev çıxış edərək bu gün ölkədə gənclər üçün hər cür şərait yaradıldığından danışmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək hər bir sahədə olduğu kimi Azərbaycan gənclərinə, onların hərtərəfli inkişafına böyük diqqət yetirdiyini söyləmişdir. Bildirmişdir ki, təkcə son illərdə Balakəndə Olimpiya İdman Kompleksinin, "Gənclər evi"nin tikilib onların istifadəsinə verilməsi məhz bu diqqətin, qayğının bariz nümunəsidir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda "Heydər Əliyev: dünyaya pəncərə" filmi nümayiş etdirilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında