Fevral ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, qış fəslinin son ayı olan fevralda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə isə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Sinoptiklərin verdikləri proqnoza əsasən fevral ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, soyuq dövrlərdə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 3-8 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə ( norma 21-24 mm ) isə normadan bir qədər çox olacağı gözlənilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında