Səbail rayonunda 2011-ci ilin yekunları müzakirə olunmuşdur

Bakı şəhərinin Səbail rayonunda 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2012-ci ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. 
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, 2011-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Qeyd olunmuşdur ki, 2011-ci ildə Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 24 milyard 338,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 19,9 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr 639,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34 faiz çox xidmət göstərmişdir.
Keçən il ərzində rayondakı rabitə müəssisələri müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 768 milyon manatlıq və ya 2010-cu ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2325,4 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıqdır. Əhaliyə 568,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu isə əvvəlki ilin müvafiq dövründən 1,7 dəfə çoxdur. Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artaraq 489,5 milyon manata, pullu xidmətlərin həcmi isə 22,4 faiz artaraq 286 milyon manata çatmışdır.
2011-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 89630 nəfər, orta aylıq əmək haqqının məbləği isə 900,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz yüksəkdir. 2011-ci il ərzində rayonda 1881 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2012-ci ilin yanvar ayının 1-dək 35084 iş yeri açılmışdır ki, bunlardan 34216-sı daimidir.
Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 10789 nəfər (2760 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-in diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsində ayrı-ayrı sahələrdə, xüsusən tikinti-quruculuq və sosial-mədəni sferalarda əldə olunmuş uğurlardan və hazırda davam etdirilən işlərdən daha geniş söhbət açılmışdır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, Səbail Rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Avstraliyadakı Azərbaycan diasporunun sədri İmaməddin Qasımov canlı bağlantıda iclas iştirakçılarına öz ürək sözlərini çatdırmış, səbaillilərə yeni uğurlar arzulamışdır.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2011-ci ildə müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələr əldə etmiş 10 nəfər orta məktəb şagirdinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, ADİU-nin rektoru Şəmsəddin Hacıyev, millət vəkili Fuad Muradov iştirak etmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında