M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədris müəssisəsinin kollektivini bayram münasibətilə təbrik edərək, Şərqdə ilk demokratik respublikanın şərəfli tarixinə nəzər salmışdır. Rektor qısa bir zamanda demokratik respublikanın gördüyü böyük işlərdən danışmışdır. Qeyd etmişdir ki, həmin dövrdə müstəqil Azərbaycanda mühüm işlər həyata keçirilməklə yanaşı, müstəqilliyimizin fəlsəfəsi yaradılmışdır. Demokratik respublikanın şərəfli və dolğun fəaliyyəti bütün dünyaya Azərbaycan xalqının arzu və istəklərini müstəqil şəkildə həyata keçirmək iqtidarında olduğunu göstərmişdir. 23 ay ömrü olan demokratik respublikamız sonradan süquta uğrasa da, xalqımızın müstəqil yaşamaq arzusu ölməmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, professor Fərid Ələkbərli ilk demokratik hökumətin mövcud olduğu qısa zamanda həyata keçirilən taleyüklü islahatlardan danışaraq müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün görülən misilsiz işləri qeyd etmişdir. Bildirilmişdir ki, parlament respublikası olan Azərbaycan həmin dövrdə Şərqdə ilk dəfə qadınlara seçki hüququ vermiş, Azərbaycan dili isə dövlət dili elan olunmuşdur.
Sonra tədbir bədii hissə ilə davam etmişdir. Universitet tələbələrinin ifasında görkəmli bəstəkarların əsərlərindən parçalar, tanınmış şairlərin Azərbaycana həsr etdikləri şeirlər səslənmişdir. Tələbələrin səhnələşdirdiyi kiçik tamaşalar alqışla qarşılanmışdır.
Bədii hissə başa çatdıqdan sonra rektor Nərgiz Paşayeva səhnəyə çıxaraq tələbələrin bayram sevincinə qoşulmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında