Azərbaycanda pensiyaların sığorta hissəsi 7,9 faiz artırılacaq

Səlim MÜSLÜMOV: Yaxın vaxtlarda Azərbaycanda 2011-ci ilin istehlak qiymətləri indeksinə uyğun olaraq pensiyaların sığorta hissəsinin indeksləşməsi həyata keçiriləcək
Yaxın vaxtlarda Azərbaycanda 2011-ci ilin istehlak qiymətləri indeksinə uyğun olaraq pensiyaların sığorta hissəsinin indeksləşməsi həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov açıqlama vermişdir.
Bununla bağlı DSMF-nin Dövlət Statistika Komitəsinə müraciət etdiyini və 2011-ci ilin istehlak qiymətləri indeksini aldığını bildirən S. Müslümovun sözlərinə görə, yaxın günlərdə bununla bağlı qərar qəbul olunması gözlənilir: "Ötən il ölkədə istehlak qiymətləri indeksi 7,9 faiz təşkil etmişdir. Bu da onu deməyə əsas verir ki, pensiyaların sığorta hissəsi yanvarın 1-dən 7,9 faiz artırılacaq".
S. Müslümov əlavə etmişdir ki, bu ilin ortalarınadək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair hesabatların bütün ölkə ərazisi üzrə elektron qaydada göndərişi reallaşacaq.
Onun sözlərinə görə, artıq 16 rayonda bu sistem qurulmuşdur: "Ümumilikdə 2012-ci il bizim üçün pensiya təminatının tam avtomatlaşdırılmasının prioritet kimi nəzərdə tutulduğu il hesab olunur. Yəni qarşıya qoyduğumuz məqsəd cari ilin 9 ayı ərzində bu prosesi yekunlaşdırmaq, oktyabrın 1-dən ölkə üzrə mərkəzləşmiş pensiya təyinatına başlamaqdır. Buna çatmaq üçün bütün gücümüzü sərf etmişik. Bu sistemin avtomatlaşması şəffaflığın təmin olunmasına kömək edəcək, bu sahədə neqativ hallar aradan qaldırılacaq. Bununla da yerli şöbələrdə çalışan məmurların pensiya təyinatı üçün müraciət edənlər arasındakı kontakt aradan qalxacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında