AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda Avropa kontinental məhkəmə sisteminin tətbiqindən razıdırlar

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşmüşlər.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin yeni strukturu və fəaliyyəti barədə həmməruzəçilərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Azərbaycanın məhkəmə sisteminin Avropa məhkəmə sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nin yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür.
Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən işləri, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tədbirləri yüksək qiymətləndirmiş, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə hüquqi yardım göstərməyə hazır olduqlarını vurğulamışlar.
Görüşdə qeyri-hökumət təşkilatlarının qeydiyyatı, siyasi məhbus məsələsi və alternativ xidmətlə bağlı fikir mübadiləsi aparılmış, həmməruzəçilərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında