Fransa Senatının sədr müavini Jan-Klod KARL: Tarixə qiymət verilməsi Fransa parlamentinin işi deyil

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri yanvarın 19-da Fransa Senatına və ayrı-ayrılıqda hər bir senatora müraciət göndərmişdir. 
YAP-ın mətbuat xidmətindən bildirmişlər ki, fransa Senatının sədr müavini Jan-Klod Karl gənclərin müraciətinə cavab məktubu göndərmişdir.
Məktubda deyilir: "Qanunla tanınmış soyqırımların inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin yanvarın 23-də Senatda müzakirəyə çıxarılması ilə bağlı yazdığınız məktubunuzu aldım və buna görə sizə təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, mən 3 səbəbə görə yersiz və lazımsız hesab etdiyim həmin qanun layihəsi barədə sizin mövqeyiniz və müşahidələrinizlə böyük diqqətlə tanış oldum. Mənə gəldikdə, öz adımdan onu deyə bilərəm ki, mən aşağıdakı 3 səbəbə görə yersiz və lazımsız görünən qanun mətninə səsvermədə iştirak etməmişəm. Ən birinci, tarixə qiymət verilməsi Fransa parlamentinin işi deyil, bu, tarixçilərdən ibarət bir missiyanın işidir. Mən hesab edirəm ki, məsələnin beynəlxalq səviyyəli tarixçilər qrupu tərəfindən araşdırılması məqsədəuyğun olardı. Digər tərəfdən, hazırda, bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan verir. Nəhayət, Fransa parlamentinin təcili hərəkət etməli olduğu məsələlər yaddaş üçün qanunların qəbul edilməsi deyildir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında