Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıq edir

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex fevralın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycanın Avropa Şurası (AŞ) ilə səmərəli əməkdaşlıq etdiyi bildirilmiş, ölkəmizdə demokratiyanın gücləndirilməsi və insan hüquqlarının təşviqi, humanizm prinsiplərinin geniş tətbiqi, xüsusilə ölkə başçısı tərəfindən ötən ilin sonunda təsdiq olunmuş insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramının əhəmiyyəti qeyd olunmuşdur. Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə qazanılmış uğurlar qonaqların diqqətinə çatdırılmış, bu sahədə AŞ-nin və digər beynəlxalq təşkilatların fəal dəstəyi təqdir edilmişdir.
Ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyətinə toxunulmuş, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı tərəfindən Azərbaycanda hakimlərin seçim prosedurunun müsbət model kimi qiymətləndirildiyi, bu təcrübənin digər dövlətlərə örnək kimi tövsiyə edildiyi vurğulanmışdır.
Söhbətdə həmçinin qanunvericilik, inzibati ədliyyə və s. məsələlər müzakirə olunmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında