Nazirlər Kabineti Milli Qəhrəman Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul etmişdir

Nazirlər Kabineti "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təkliflərini nəzərə alaraq Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədovun xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul etmişdir. 
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun yaşadığı binaya və adını daşıdığı Bakı şəhərindəki 203 nömrəli tam orta məktəbə onun xatirə lövhəsinin vurulmasını təmin etməlidir.
Qərar imzalandığı gündən - fevralın 1-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, qərarın tam mətni ilə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında