Azərbaycanda şagird məktəbə daxil olarkən və oranı tərk edərkən valideynlərinə SMS-lə məlumat veriləcək

Azərbaycanda həyata keçirilən "Elektron məktəb" layihəsinin növbəti mərhələsi elektron kartlarla bağlı olacaq.
APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat vermişdir. Onun sözlərinə görə, layihəyə əsasən, şagird məktəbə daxil olarkən onun valideyninə bu haqda SMS göndəriləcək. Eyni zamanda şagird məktəbi tərk edərkən də belə bildiriş ötürüləcək. Şagirdin bədəninin hərarəti haqda da valideynlərinə SMS göndərilməsi nəzərdə tutulur: "Amma bu böyük vəsait tələb etdiyi üçün gələcəkdə həyata keçiriləcək".
"Elektron məktəb layihəsi"nə artıq 20 məktəb qoşulmuşdur. Onlardan 10-a yaxını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdir. "Elektron məktəb" layihəsi çərçivəsində artıq "1 kompyuter 1 şagird", "SMS gündəliklər" mərhələləri həyata keçirilmişdir. "Distant təhsil" mərhələsi isə hazırda həyata keçirilməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında