Zaqatalada "Gənclər Günü" qeyd edilib

Zaqatala rayonunda "Gənclər günü" ilə əlaqədar tədbir keçirilmişdir.
Rayon gənclərinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
"Qala düzü" istirahət mərkəzində təşkil olunan ümumrayon tədbirində rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, Zaqatala gənclərinin 2011-ci ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını, düz 13 il əvvəl ulu öndərimizin imzaladığı sərəncamla Azərbaycanda Gənclər Gününü, təqvimə salındığını, müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı il məhz fevralın 2-də ulu öndərin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldiklərini xüsusi vurğulamışdır. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsini dövlət başçısının ölkədə gəncləri aparıcı qüvvəyə çevirmək məqsədi daşıdığını, idmançıların 2012-ci ildə daha böyük uğurlar qazanması üçün məsuliyyətlərinin artırılmasının vacibliyini xüsusi qeyd etmişdir.
Tədbirdə çıxış edən rayon gəncləri respublikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində ölkə rəhbərini daim dəstəkləyəcəklərini xüsusi ilə qeyd etmişlər.
Sonra 2011-ci ildə təhsil, səhiyyə, dövlət qulluğu, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyət qazanmış rayon gənclərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir rayon gəncləri bədii özfəaliyyət kollektivlərinin və "Yeni ulduz" mahnı müsabiqəsi iştirakçılarının geniş konsert proqramı ilə başa çatmışdır.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında